Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Cavadxan küçəsində Abşeron rayon sakini Rza Abıyev naməlum şəxsin hücumuna məruz qalıb.
Həmin şəxs Rza Abıyevə zor tətbiq edib mobil telefonunu əlindən aləb.
19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Təməl Bədəlov saxlanılıb.