2 İyul 2018 12:30
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlamaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Səxavət Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

İttihama görə, Nərimanov rayonu ərazisində kirayədə yaşayan Səxavət Piriyev bu ilin fevralın 8-də həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səbinə Səfərovanın bıçaqlayıb. Yaralı təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona vaxtında yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqa ifadəsində Səxavət Piriyev deyib ki, arvadını evə gec gəldiyi üçün bıçaqlayıb.

Fevralın 8-də axşam saatlarında qadının işdən evə gec gəldiyini deyən Səxavət Piriyev bildirib ki, bu səbəbdən mübahisə ediblər. Arvadı ona kobud cavab verib. Səxavət Piriyev bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Səxavət Piriyevin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığına ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Səxavət Piriyev özünü təqsirli bilib.

Növbəti proses iyulun 6-da davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər