Daxili İşlər Nazirliyi paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub.
E.Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov