19 İyul 2018 16:57
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən adam öldürmədə təqsirli bilinən Ağsu rayon sakini Sabit Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sabit Bağırov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötəm il mayın 23-də paytaxtın Nizami rayonu, Babək prospektindəki kafelərdən birinin qarşısında Sabit Bağırov mübahisə zəminində tanışı Bakı şəhər sakini Valeh Heydərovu bıçaqlayıb.

Xəstəxanaya aparılan Valeh Heydərov yolda dünyasını dəyişib.

Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər