20 İyul 2018 11:22
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Rahim Tanrıverdiyevin barəsindəki hökmdən verilən prokurorun protesti və zərərçəkmişin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Rahim Tanrıverdiyevin vəkili İlyas Kərimov Teleqraf.com-a bildirib ki, tərəflərin şikayətləri Bakı Apelyasiya Məhkəməsində araşdırılıb.

Onun sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Nizami rayon Məhkəməsinin hökmü ilə Rahim Tanrıverdiyevə bəraət verilib.

Zərərçəkmiş və prokuror isə onun həbsini tələb edirdi.

İttihama görə, Rahim Tanrıverdiyev tanışı Nüşabə Cəfərovanın övladını Almaniyada müalicə etdirəcəyini vəd edərək, onun 19 min 500 manat məbləğində pulunu alıb.

Rahim Tanrıverdiyev iş adamı kimi fəaliyyət göstərib.

O, Almaniyadan Azərbaycana qeyri-qida məhsulları gətirməklə məşğul olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər