23 İyul 2018 10:10
4 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində qadın intim fotoları ilə şantaj edən Bərdə rayon sakini Seymur Əzizovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Seymur Əzizovun barəsində toplanmış material baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib.

İttihama görə, Yevlax şəhər sakini Rəsmiyyə Babayeva (ad və soyad şərti verilib – red.) şantaj olunması ilə bağlı polisə müraciət edib.

Rəsmiyyə Babayeva aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib, 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

​Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

​Məlum olub ki, Seymur Əzizov zərərçəkmişlə "odnoklassniki.ru" saytında tanış olub. Sonradan onların münasibətləri istişləməyə başlayıb. Bu səbəbdən bir-birinə intim şəkillərini göndəriblər.

Qadının şəkillərini götürən Seymur Əzizov onu şantaj etməyə başlayıb.

İstintaq orqanı tərəfindən Seymur Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov