18 Avqust 2014 17:51
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda həbs olunan Türkiyə vətəndaşının istintaqı üzrə yeni cinayətlər üzə çıxıb.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Rizanın yeni cinayətləri aşkar olunub.

Onların Bakı şəhər sakinləri Vüqar Aslanova, Ramilə Mahmudovaya, Kamran Nuriyevə, Rəşad Hacıyevə, Sevda Nağızadəyə, Heydər Bəxtiyarova, Mais Yəhyayevə, Taleh Əhmədova, Ramil Həsənova və Cavanşir Məsimova məxsus avtomobillərdən pul, mobil telefon, sənəd və məişət əşyaları oğurlamaları, habelə Kutlu Ali Rizanın Mehman İbrahimova və onun oğlu Abbasa qarşı xuliqanlıq etməsi də müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl yayılan açıqlamada təqsirləndirilən şəxslər Bakı şəhər sakinləri Nicat Abdullayev, Xəyalə Aslanova, Samirə Qocayeva və Emil Ramazanova məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyaları, habelə İsaabdulla Quliyev və Təranə Hümmətovaya məxsus velosipedləri oğurlamaları müəyyən edilib.

Həmçinin Nərimanov rayon Polis İdarəsinin 16-cı, 17-ci və 18-ci polis bölmələri əməkdaşları tərəfindən tutulan Azərbaycan vətəndaşı Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun başqa cinayətləri müəyyən olunub. Onların Aynur Əlizadəyə, İlahə Abbasovaya, Mehriban Hüseynovaya, Fəzayıl Hüseynova, Qurban Qurbanlıya, Rasim Cəfərova, Aynurə Avnilovaya, Asif Şirinova və Yelena Novikovaya məxsus avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları isə Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Riza Hamit oğlunun Könül Pənahovaya və Mikayıl İsmayılova məxsus velosipedləri, habelə Sədəf Səydiyevaya və Natiq Həsənova məxsus avtomobillərdən pul, mobil telefon, bankomat kartı və sənəd oğurlamaları da müəyyən edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər