19 Avqust 2014 01:20
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı yolunun Müşviq qəsəbəsi ərazisindən keçən hissəsində 56 AC 250 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını ilə 109 saylı “Daewoo” markalı sərnişin avtobusu toqquşub.

APA-nın məlumatına görə, qəza nəticəsində yük maşını aşıb, sürücü xəsarət alıb.


Avtobus sürücüsünün və bir neçə sərnişinin də xəsarət aldığı bildirilir. Güclü zərbədən avtobusun ön hissəsi ciddi deformasiyaya uğrayıb.


Xəsarət alan şəxslər 1 saylı şəhər klinik xəstəxanasına aparılıb.


Qəza səbəbindən yolda tıxac yaranıb. DYP Qaradağ və Binəqədi yol polisi şöbələrinin əməkdaşları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.


Xəsarət alan şəxslərin sayı və adları dəqiqləşdirilir


Müəllif: