31 Avqust 2018 15:53
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda dörd il əvvəl qətl törədən Aynurə Qəhrəmanovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Aynurə Qəhrəmanovanın barəsində toplanan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib.

İttihama görə, qətl hadisəsi 2013-cü ilin yanvarda törədilib.

2017-ci ilin iyulunda Göygöl rayon polis şöbəsinin rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində İlham Qəhrəmanovun 2013-cü ildə həyat yoldaşı, Göygöl rayon sakini Aynurə Qəhrəmanova tərəfindən ailə münaqişəsi zəminində qətlə yetirildiyi və həyətdəki tövlədə basdırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Aynurə Qəhrəmanova saxlanılaraq istintaqa təqdim edilib.

Aynurə Qəhrəmanova ifadəsi zamanı həyat yoldaşını qətlə yetirəndən sonra həyətdəki yardımçı tikilidə basdırdığını etiraf edib: “Məni nalayiq söyüşlərlə təhqir edirdi. Dözə bilmədim. Daha sonra yıxdı məni çarpayıya. Tutdum boğazından sıxdım. Dedi boğuluram. Mən buraxanda artıq ölmüşdü. Sürüdüm apardım yarımtikiliyə, torpaq qazdım və basdırdım”.

Aynurə Qəhrəmanovaya qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər