11 Sentyabr 2018 12:02
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Natiq Binyətovovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 18-də Şamaxı rayonunun Acıdərə yaşayış massivində Çobanlıqla məşğul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Hacıyev qonşusu Natiq Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraq öldürüb.

Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Sonradan hər iki çobanın arasında mübahisə yaranıb. Bu zaman Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaur Hacıyevə 7 dəfə atəş açıb.

Zaur Hacıyev hadisə yerində ölüb.

Natiq Binyətov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Natiq Binyətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses sentyabrın 22-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər