Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və onun bacısı Könül həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.