11 Oktyabr 2018 11:33
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda oğurluq edən şəxs istintaq ifadə verib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon sakini, 22 yaşlı Salman Qurbanzadə rayonun Qədimqala kənd sakininin mənzilindən oğurluq edib.

Salman Qurbanzadə bildirib ki, ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxsin sözlərinə görə, oğurladığı qızılları rayonun mərkəzində bir nəfərə girov verib və bunun müqabilində pul götürüb: “Həmin pulları şəxsi ehtiyaclarıma xərclədim”.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər