15 Oktyabr 2018 13:29
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Akif Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

İttihama görə, hadisə Xətai rayonun Əhmədli qəsəbəsi ərazisində yerləşən “Batabat” kafesində baş verib.

Həmin kafedə Akif Şükürov şən mahnı sifariş vermək üstündə Rufan Hüseynovla mübahisə edib.

Nəticədə Akif Şükürov onu ürəyindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra saxlanılan Akif Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.

Akif Şükürova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Akif Şükürov Azərsu ASC-də sürücü vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov