Bakıda gənc oğlan küçədə bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.
Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.