Bakının Nərimanov rayonunda 6 il əvvəl baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci il sentyabrın 1-də rayon ərazisindəki evlərin birindən 10.000 manat pul oğurlamaqda şübhəli bilinən Oğuz rayon sakini A.Babayeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.