17 Noyabr 2018 00:58
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Teleqraf.com-a bildiriblər ki, Gürcüstan vətəndaşları - Jvarşeışvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən ümumi çəkisi 3 qram, Janıaşvılı Vaxhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com