25 Avqust 2014 14:22
748

Sumqayıt şəhərində dəniz çimərliyində faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində qeydə alınıb. Qəsəbə sakini Bəhlul Ağayev çimərkən suda boğulub.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif: