10 Dekabr 2018 11:05
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Asəf Qafarov saxlanılıb.

Axtarış zamanı onun üzərində heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Asəf Qafarovun yaşadığı evdən isə daha çox - çəkisi 5 kiloqram 150 qram olan marixuana da polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

​Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov