14 Dekabr 2018 13:52
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının Nizami rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə əlavə olaraq çəkisi 970 qram heroin, 2 kiloqram 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov