25 Dekabr 2018 17:08
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Zeynal Hüseynov 8 il, Rəşad Sultanov 7 il 7 ay, Həsənbala Həsənov 7 il 6 ay, Dəyanət Abdullayev isə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər paytaxtda tanıdıqları şəxsi soyundurub döyərək şəxsiyyətini alçatmaqda və ondan pul tələb etməkdə təqsirli bilinirlər.

Məlum olub ki, Zeynal Hüseynov, Rəşad Sultanov, Həsənbala Həsənov və Dəyanət Abdullayev zərərçəkmişi soyundurub telefonla çəkərək görüntüləri özlərində saxlayıblar.

Daha sonra həmin görüntülərlə zərərçəkmiş şantaj edərək dəfələrlə ondan pul tələb ediblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər