Bakının Binəqədi rayonunda 4 mənzildən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, fevralın 2-də, saat 21 radələrində Binəqədi rayon, 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib.
Binəqədi rayon Mühafizə İdarəsi və 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Əsgərov saxlanılıb.
Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan herin aşkar edilərək götürülüb.
7-ci polis bölməsində Elşən Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun cari ilin yanvarın 25-dən 31-dək olan müddətdə Binəqədi rayonu ərazisində daha 4 mənzildən məişət əşyaları, 3 ədəd velosiped və digər əşyalar oğurladığı məlum olub.
Faktla bağlı 7-ci polis bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Oğurluq etmkəkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Binəqədi rayon Polis İdarəsinə və ya 7-ci polis bölməsinə müraciət edə bilərlər.