12 Fevral 2019 00:35
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 181.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilmiş Beyləqan rayon sakini Feyzullayev Elgün Nazimhikmət oğlu qurumun və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxananın qarşısında saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd bıçaq aşkarlanıb.

E.N.Feyzullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər