25 Fevral 2019 11:28
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq etməkdə təqsirləndirilən 2002-ci il təvəllüdlü Salam Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Salam Cəfərov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Salam Cəfərov Bakıda İraq vətəndaşı Al-Darraji Mohammed Abed Jiheelinin telefonunu quldurluq yolu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər