24 Aprel 2019 12:25
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun yeni cinayətləri açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin köməkçisi olan və MTN-də müxtəlif vəzifələrdə çalışan Vüqar Mahmudov Bakı şəhərində cinayət əməlini davam etdirib.

Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, idarənin əməkdaşı Fərhad Atayev və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərlə birlikdə iş adamları – Sahib Qurbanov və Zaur Əzimovun külli miqdarda pul vəsaitlərini ələ keçirmək qərarına gəliblər.
Vüqar Mahmudov və dəstə üzvləri ölkəmizə bahalı siqaretlərin gətirilməsini təşkil edən bu iki iş adamı barəsində MTN-ə əməliyyat məlumatı, ərizə və ya siqnal işi olmadığı halda onları izləməyə başlayıblar.

Zaur Əzimov və Sahib Qurbanovun barəsində guya MTN-in Binəqədi rayon şöbəsinə mövcud olan siqnal işi çərçivəsində Vüqar Mahmudovun tapşırıqları 7 fevral 2015-ci il tarixdə Elçin Quliyev tərəfindən imzalanıb.

Daha sonra Elçin Quliyev iş adamlarının mobil telefonlarının izlənilməsi MTN-in rəhbəri tərəfindən təsdiqlənib.

Bundan sonra Teymur Quliyevin tapşırığı ilə Fərhad Atayev hər iki iş adamını izləyib.
Dinləmə nəticəsində Zaur Əzimov və Sahib Qurbanovun şəxsi həyatı, kommersiya fəaliyyəti, siqaret məhsullarının saxlanma yeri müəyyən edilib.

Həmin il fevralın 7-də Zaur Əzimovun 100.000 manat dəyərində siqaret məhsullarını Bakı şəhərində “Elit” ticarət mərkəzinin yaxınlığında Ramin Muxtarova satması, 55.000 manat dəyərində siqaretin Sahib Qurbanovda olması, onların hərəkət marşrutları barədə dəstə üzvləri – Fərhad Atayev, Teymur Quliyev tərəfindən məlumatlar mütəşəkkil dəstənin digər üzvlərinə təqdim olunub.
Bundan sonra Sahib Qurbanov və Zaur Əzimov, həmçinin alıcı Ramin Muxtarov “Elit” ticarət mərkəzinin qarşısında saxlanılaraq MTN-in Binəqədi rayon şöbəsinə gətiriliblər.

Hər iki iş adamını guya ölkəmizə siqaretləri qaçaqmalçılıq yolu ilə gətirmələri barədə cinayət işi başlanacaq, onların barəsində həbs qətimkan tədbiri seçiləcəyi adı ilə təhdid ediblər.

Dəstə üzvləri Zaur Əzimov və Sahib Qurbanovun barəsində həmçinin rüsvayedici məlumatlar yaymaqla hədə-qorxular da gəliblər.

Bundan sonra Vüqar Mahmudovun başçılıq etdiyi dəstə üzvləri Zaur Əzimovdan 120.000 manat, Sahib Qurbanovdan isə 55.000 manat dəyərində 55 qutu “Kent” siqaretlərini ələ ediblər.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər