9 Sentyabr 2014 10:57
485

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Rusiya vətəndaşı Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, Rusiya Federasiyasının Kabardino-Balkariya Respublikasında yaşayan Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zaman sellofan paketin içərisində gizlədilmiş bir ədəd “Samsunq Duos” markalı mobil telefon aparatı, üç ədəd “Meqafon”, “Belain” və “Türkcell” danışıq kartları aşkar edilərək götürülüb.

Elbrus Esedullaxoviç Karibova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...