22 İyun 2019 20:00
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 20 ədəd mobil telefon oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.


Müəllif: Hacı Zeynalov