Şamaxıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vasif Cabbarovn cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan posesdə hökm oxunub.
Vasif Cabbarov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilib. Vasif Cabbarov məhkəmə zalənda həbs olunub.
Qeyd edək ki, hadisə ötən il iyunun 17-də gecə saat 04:00-da Şamaxı şəhərində baş verib.
Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi “Qazel” markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Bundan əlavə sürücü, V.Cabbarov, Ə.Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Daha sonra V.Cabbarov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.