30 İyul 2019 09:23
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən Şaban Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Şaban Məmmədovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şaban Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şaban Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.

Belə ki, paytaxt sakini Ülvi Abdullazadə Xətai rayon Polis İdarəsinə müraciət edərək “Ukrayna” dairəsində yerləşən parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlindən aldığını bildirib.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şaban Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Şaban Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti törədib.

Xatırladaq ki, Şaban Məmmədov daha əvvəl polis əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər