11 Sentyabr 2014 17:17
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Elnarə Eyvazova yolu keçərkən vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.


Polis əməkdaşları tərəfindən yol qəzasını törədən sürücünün müəyyən edilməsini üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: