12 Sentyabr 2014 12:08
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda narkotik alverçinin həbs edilməsi üçün əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Suraxanı rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları keçirib. Əməliyyat nəticəsində Ceyhun Əliyev həbs edilib. Ondan 455 qram marixuana aşkar olunaraq götürülüb. Ceyhun Əliyevin əvvəllərdə məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: