Saatlı rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı rayon sakini İ.Əzizov “AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı rayon polis şöbəsinə təhvil verib.
Bundan başqa, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ş.Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı tüfəngi könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsinə təhvil verib.