Quba rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Quba rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayon sakini, 1960-cı il təvəllüdlü İmran İsgəndərov özünü yaşadığı evin həyətində olan ağacdan asaraq ölüb. İmran İsgəndərovun asılmış meyitini ailə üzvləri aşkarlayıb. Onun intihar etməsinin səbəbləri hələki məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov