Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 5000 manat, 2300 ABŞ dolları, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.
Oğurluqda iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.