12 Noyabr 2019 14:55
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Arif Hacılı ilə bərabər Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəyli və partiyanın digər üzvləri də saxlanılıb.

Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.

Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər