Bakının Nəsimi rayonunda kafedə dava olub.
Teleqraf.com xəbər verir ki, 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Paşayev noyabrın 21-də saat 23 radələrində rayon ərazisindəki kafelərin birində onu bir şəxsin döyüb mobil telefonunu aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini A.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.