23 Sentyabr 2014 11:48
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda avtomobil oğurlayan şəxs yaxalanıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 21-də Bakı şəhər sakini Fəxrəddin Qasımova məxsus “VAZ-2106” markalı avtomobil T.Bayram küçəsindən qaçırılıb və həmin gün Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində sökülmüş vəziyyətdə tapılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmada şübhəli bilinən Bakı şəhər sakini Elçin Quliyev Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: