23 Sentyabr 2014 12:39
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi “Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı Ağakərim Şamidzadnin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə sentyabrın 22-də Yasamal rayonu D.Bünyadzadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini Elvin Şirinov münaqişə zəminində Ağakərim Şəmidzadəyə bıçaqla xəsarət yetirib.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Şirinov tutulub.

Hacı Zeynalov


Müəllif: