Şərur rayonunun İbadulla kəndində silah-sursat tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, kənd sakini Rəbi Məmmədov tapdığı qaz tapançasını, 468 ədəd müxtəlif çaplı patronu, 1 ədəd patron darağını və 1 ədəd pulemyot lentini könüllü olaraq rayon Polis Şöbəsinə təhvil verib.
Hacı Zeynalov