19 Yanvar 2020 22:27
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Bakı-Quba yolunun Siyəzən ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə magistralın 103-cü km-də qeydə alınıb. Yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb. Hadisəni törədən sürücünün və ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com