Bakıda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın döşəməsi 30 kv.m sahədə və evə bitişik ümumi sahəsi 25 kv.m olan qarajın lambirdən ibarət üzlüyü 25 kv.m sahədə yanıb.
Evin, qarajın qalan hissəsi və qarajda olan "VAZ" markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.