Türkiyədə vəkil yanında təcrübə keçən qıza təcavüz edib.
Teleqraf.com xəbər verir ki, vəkil bürosunda təcrübə keçən Öykü adlı qıza M.K. adlı vəkil təcavüz edib.
Öykü müdiri tərəfindən təcavüzə uğrayan qadınlara səslənərək onu dəstəkləmələrini istəyib.
Öykü ona təcavüz edən şəxsin 30 il vəkil işləyərək Türkiyədə yüksək mövqeyə malik olduğunu, öz oğlunu bıçaqla öldürməyə cəhd edən, arvadını döyən və insanları ölümlə hədələyən biri olduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.