18 Fevral 2020 15:32
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis bir neçə rayonda oğurluq faktlarının açılması istiqamətində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Məmmədli saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini E.Hüseynovla birgə rayon ərazisindəki 2 oyun salonundan oyun aparatları, habelə 1 mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

E.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Sadıqlı tutulub.

Daha bir əməliyyat Nəsimi rayonunda keçirilib.

20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də rayon ərazisində “Ravon” markalı avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Tağızadə saxlanılıb.

Oxşar əməliyyat Xətai rayonunda da keçirilib.

34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Bakı şəhər sakini E.Kələşovun mobil telefonunu və 270 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini R.Quliyev saxlanılıb.

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 17-də Bakı şəhər sakini M.Ələkbərovun bank hesabından 200 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Hüseynov tutulub.

Xəzər rayonunda daha bir oğurluq faktının üstünün açılması istiqamətində əməliyyat tədbiri keçirilib.

Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan iki nəfərin ümumilikdə 700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Y.Ramazanov saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 31-də Bakıxanov qəsəbəsinin ərazisində yerləşən stomatoloji klinikaların birində vətəndaşa məxsus içərisində 1070 manat və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ələkbərov saxlanılıb.

Bundan əlavə, oğurluğa cəhd göstərdiyinə görə saxlanılmış A.Əlimərdanovun ətrafında Yasamal rayon Polis İdarəsinin 26 və 27-ci polis bölmərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 5 avtomobildən pul, mobil telefon, parfyumeriya, yan pərdələr və sənəd oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər