26 Sentyabr 2014 09:42
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hikmət Feyziyevin yanına qısamüddətli görüşə gəlmiş anası Dünyaxanım Feyziyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Keçirilən baxış zamanı Dünyaxanım Feyziyevanın əl çantasının içərisində gizlədilmiş 1 ədəd “KENEKSİ” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hikmət Feyziyev Cinayət Məcəlləsinin 170.3; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər