10 Mart 2020 14:18
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Xaləddin Hüseynova iki maddə ilə ittiham elan edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Prokurorluğunda istintaqı aparılan Xaləddin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, hadisəm ötən il sentyabrın 6-da Sabunçu rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Xaləddin Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verib.

Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.

Məlum olub ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl Günel Bağırovanın yaşadığı evə gəlib. O, qızı yatdığı yerdə boyun nahiyəsindən vurub.

Məlum olub ki, Xaləddin Hüseynov həbsxanada cəza çəkib və 2018-ci ildə həbsdən azad olunub. Xaləddin Hüseynov qətli pul üstündə törətdiyi qeyd olunub.

Qeyd olunur ki, Xaləddin Hüseynov həbsdən azad olunandan sonra Günel Bağırova ilə münasibət qurub. Ailəli olan qadın Xaləddin Hüseynovla bir müddət gəzib, onun qazandığı vəsaitdən maddi cəhətdən yararlanıb.

Hadisədən bir neçə gün əvvəl isə Günel Bağırova Xaləddin Hüseynov ilə münasibətləri kəsmək istəyib. Bundan hiddətlənən Xaləddin Hüseynov onu amansızlıqla öldürüb.

İlkin araşdırma zamanı Xaləddin Hüsüynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.

İstintaq orqanı tərəfindən Xaləddin Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə Sabunçu rayon Məhkəməsinə müraciət olunub.

Hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Xaləddin Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.

Hazırda bu cinayət işi üzrə istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər