16 Mart 2020 11:52
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə Samir Quliyevin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona ittiham elan olunmuş 4 maddə üzrə bəraət verib.

Samir Quliyev məhkəmə iclas zalından azadlığa buraxılıb.

Samir Quliyev Binəqədi bələdiyyəsinin sədrinin müavini olub.

Bu iş üzrə ümumi 27 nəfər zərərçəkmiş şəxs var.

Samir Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə təqsirləndirlən digər şəxs Elmira Şirinova isə vəfat etdiyi üçün onun barəsinə başlanmış cinayət işinə xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər