17 Mart 2020 11:07
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları insan alverinə cəlb etməkdə təqsirli bilinən Sevinc Mustafayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

İttihama görə, Sevinc Mustafayeva Azərbaycan vətəndaşı olan qadınları ölkə hüdudlarından kənara apararaq, orada cinsi istismara məruz qoymaqda təqsirləndirilib.

Belə ki, o, bir qrup qadını işə düzəltmək adı ilə Türkiyə respublikasına aparıb. Orada həmin qadınları dəstənin digər üzvünün vasitəsi ilə kişi müştərilərlə görüşdürüb, bunun müqabilində maddi gəlir əldə edib.

İstintaq orqanı tərəfindən Sevinc Mustafayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 8 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər