3 Aprel 2020 10:25
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejim qaydalarının təmin olunması məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Yevlax rayon sakini Habil İbrahimov Mingəçevir şəhərinin girişində yaradılan postda polisin “saxla” əmrinə məhəl qoymayaraq şəhərə daxil olub.

Həmin şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.İbrahimov inzibati qaydada həbs edilib.

Polis əməkdaşları xidmət zamanı şəhər sakinləri Asim Cəfərov və Fəqani Ağayevin heç bir zərurət olmadan, sərxoş halda çöldə gəzdiklərini müşahidə ediblər. Həmin şəxslərin barəsində də protokol tərtib olunub və baxılması üçün Şəhər Məhkəməsinə göndərilib. Onlar da məhkəmənin qərarı ilə həbs ediliblər.

Həmçinin, son iki gün ərzində Mingəçevirdə karantin rejim qaydalarını pozan vətəndaşlar barəsində 40-dan artıq inzibati protokol tərtib edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər