Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş kiloqramdan artıq narkotik vasitə - heroin müsadirə edilib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Əməliyyatçılar əvvəllər narkotik saxlamaqda ittiham olunan Binəqədi qəsəbəsinin sakini - 1977-ci il təvəllüdlü Elman Əliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb.
Evdə aparılan axtarış zamanı polislər satış üçün nəzərdə tutulan beş kiloqramdan artıq heroin taparaq müsadirə edib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.