Şəki şəhərində əcnəbi vətəndaşa qarşı təcavüz etməkdə təqsirli bilinən Qədir Həmidovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cahid İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 13-nə təyin olunub.
Şəki şəhər sakini Qədir Həmidovun barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Qədir Həmidov əcnəbi bir xanıma zorakılıq edib və onu seksual xarakterli hərəkətlər etməyə məcbur edib.