29 May 2020 16:16
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Qusar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avaran kənd sakini E.Kərimovdan “beşbarmaq” və bıçaq aşkar edilərək götürülüb.

Bundan başqa, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilib.

Daha bir əməliyyat Şamaxı rayonunda keçirilib.

Şamaxı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sis kənd sakini F.Salahovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov